EN

Kərim Vəliyev "Anadolu Qartalı - 2025" təlimində iştirak etdi

BAKI, 27 iyun. TELEQRAF

Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "Anadolu Qartalı - 2025" beynəlxalq təlimində iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin "X" hesabında məlumat paylaşılıb.

K.Vəliyev təlimləri Türkiyə Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoölu ilə birlikdə izləyib.

Təlimlərdə 7 ölkənin hərbçiləri iştirak edir.

Chosen
23
teleqraf.com

1Sources