EN

İsrail Prokurorluğu baş nazirin məhkəmə prosesinin təxirə salınması ilə bağlı müraciətinə qarşı çıxdı..

Yazını böyüt
Yazını kiçilt

İsrail Baş naziri Benyamin Netanyahunun qarşıdakı iki həftəlik ifadəvermə cəhdini təxirə salmaqla bağlı məhkəməyə etdiyi müraciətə prokurorluq etiraz edib.

Hafta.az bu haqda yerli mediaya istinadla xəbər verir.

Prokurorluğun açıqlamasında qeyd olunur:

“Müraciətdə göstərilən səbəblər dinləmələrin iki həftəlik təxirə salınmasını əsaslandırmır. Xüsusilə də əvvəlki mərhələlərdə məhkəmə artıq müdafiə tərəfinin müraciətlərini nəzərə alaraq prosesi ləngitmiş və onun ifadələrinin həftədə yalnız iki dəfə eşidilməsinə şərait yaratmışdır.”

Netanyahu öz müraciətində qeyd edib ki, ifadələrin təxirə salınması onun diplomatik və müdafiə məsələlərinə tam diqqətini yönəltməsi üçün vacibdir.

Məhkəmə hələlik Netanyahunun müraciətinə cavab verməyib.

Chosen
48
28
hafta.az

10Sources