EN

Avropa ölkəsinin prestijli klubu transfer təkifi ilə “Neftçi”nin qapısına gəldi

Millinin və «Neftçi»nin qapıçısı Rza Cəfərova təklif gəlib.

Bu barədə paytaxt klubundan saytımıza bildirilib.

Redaksiyamıza daxil olan məlumata görə, Buxarest «Dinamo»su rəsmi surətdə «ağ-qaralar»a müraciət ünvanlayıb. R

umıniya klubu 21 yaşlı kiperə görə danışıqlar aparmaq istədiklərini açıqlayıb. Bu ölkənin ən prestijli futbol brendlərindən sayılan «Dinamo» gənc «əlcək sahibi» üçün təzminat ödəməyə hazır olduqlarını elan edib.

Buxarest təmsilçisi razılıq əldə olunarsa, Rza ilə 5 illik müqavilə bağlamadığı düşündüklərini gizlətməyib.

2021-ci ildən “Neftçi”nin qapısını qoruyan 21 yaşlı Cəfərov başa çatan mövsümdə Premyer Liqada 31 oyunda 45 qol buraxıb. O, 5 matçda qapısını toxunulmaz saxlayıb.

SPORTİNFO.AZ

Chosen
58
44
sportinfo.az

10Sources