EN

Antaliyada meşə yanğınları başlayıb

Türkiyənin Antalya şəhərinin üç ayrı bölgəsində meşə yanğınları başlayıb. 

BAKU.WS xəbər verir ki, bunlar Alanya, Aksu və Serik bölgələridir. 

Qeyd edilib ki, hadisə yerinə Antalya Meşə Təsərrüfatı Regional İdarəsinin yanğınsöndürmə qrupları dərhal ərazilərə cəlb olunub.

Yanğına görə sözügedən ərazilərə helikopterlər və təyyarələr də yanğınsöndürənlər də göndərilib. 

Meşə yanğınlarının hansı səbəbdən baş verdiyi isə hələ ki, bəlli deyil. 

Chosen
26
far.az

1Sources