EN

Yuventus darmadağın oldu, Real böyük hesabla qazandı

Olke.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-də keçirilən klublararası dünya çempionatı (KDÇ) davam edir.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, G qrupunda "Mançester Siti" və "Yuventus" komandaları üz-üzə gəliblər.

Qarşılaşma italyan klubu üçün "kabus" olub. "Şəhərlilər" 5:2 hesablı qələbəsi ilə qalib gəliblər.

Qrupun digər matçında isə xalsız komandalar "Vidad Kasablanka" (Mərakeş) ilə "Əl-Əyn" (BƏƏ) qarşılaşıb. Matç BƏƏ komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Salzburg" "Real Madrid" oyunu isə çətin hava şəraitində baş tutub.

Güclü yağış altında oynanan matçda 40-cı dəqiqədə hesab açılıb. Vinisius Junior ilk qolu vurub. Daha sonra Federiko Valverde və Qonsalo Qarsiya növbəti qolların müəllifləri olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
43
olke.az

10Sources