Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, vəkil Miqran Poqosyanın açıqlamasına istinad edən Rusiyanın “TASS” agentliyi belə məlumat yayıb. “Səhər tezdən təhlükəsizlik qurumlarının 30-a yaxın maskalı əməkdaşı Şirak yeparxiyasının binasına soxulub. “Tədbirlərin keçirilməsi” adı altında dindarlar yeparxiya binasına buraxılmırlar”, - Miqran Poqonsyan jurnalistlərə deyib. Xatırladaq ki, iyunun 25-də Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan həbs olunub. Ölkənin İstintaq Komitəsi keşişin və 10-dan çox başqa şəxsin hakimiyyətin zorakılıqla ələ keçirilməsi və terror aktlarının hazırlanmasında iştirak etdiyini bildirib. Artıq iş üzrə bir neçə təqsirləndirilən şəxs, o cümlədən keçmiş separatçı rejimin “deputatı” David Qalstyan və arxiyepiskopun köməkçisi Movses Şarbatyan saxlanılıb. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.