EN

Ronaldo Əl Nasr la müqaviləni uzatdıqdan sonra futbolçular arasında rekord maaş alacaq

ain.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ronaldo "Əl-Nasr"la müqaviləni uzatdıqdan sonra futbolçular arasında rekord maaş alacaq

“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo futbolçular arasında rekord maaş alacaq, jurnalist Tankredi Palmeri sosial şəbəkələrdə yazır.

Ronaldo 2023-cü ildən "Əl-Nasr"da oynayır. Cümə axşamı məlum olub ki, 40 yaşlı portuqaliyalı "Əl-Nasr"la müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Mənbənin məlumatına görə, forvard illik rekord 263 milyon avro alacaq. Maaşda ikinci pilləni “Əl-İttihad” hücumçusu Kərim Benzema (200 milyon) və "İnter Mayami"nin hücumçusu Lionel Messi (200) tuturlar.

Kriştiano Ronaldo 5 dəfə “Qızıl top”un qalibi, 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi, milli komandalar, Avropa Çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatlarının bombardiridir.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
71
11
oxumeni.az

7Sources