İyunun 25-26-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkənin müxtəlif bölgələrinə ümumilikdə 16 485 sərnişin daşınıb.
Avtosfer.az bu barədə BBAK-a istinadən xəbər verir.
Bildirilir ki, son iki gün ərzində BBAK-dan müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib. “Adi günlərdə xətlərə təxminən 200reys buraxılırsa, qeyd olunan tarixlərdə əlavə olaraq 113 reys təşkil olunub. Sərnişinlərin 33%-dən çoxu biletlərini onlayn qaydada ‘biletim.az’ portalı vasitəsilə alıb”, - Bakı Beynəlxalq Avtovağzal Kompleksi bəyan edib.