EN

Eçmiədzində qarşıdurma Ermənistanda nə baş verir? + Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyaın saxlanılması üzrə əməliyyat keçirilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti onu Eçmiədzindəki monastırdan apara bilməyib.

Daha sonra xüsusi təyinatlıları monastırı tərk ediblər. MTX-nin bəyanatında deyilir ki, buna səbəb kimi monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.

Ermənistan İstintaq Komitəsi güc strukturlarının arxiyepiskopun saxlamasına mane olunması faktı ilə bağlı cinayət işi açıb.

Son məlumata görə isə dövlət çevrilişində ittiham olunan arxiyepiskop Cinayət Axtarış İdarəsinə getmək qərarına gəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
1
qafqazinfo.az

2Sources