EN

Qusarda mikroavtobus aşdı, 8 yaralıdan 5 i Pakistan vətəndaşıdır

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az  xəbər verir ki, Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 3-ü Azərbaycan, 5 nəfəri isə Pakistan vətəndaşlarıdır.

Hazırda yaralılara tibbi yardım göstərilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
18
lent.az

10Sources