"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Day.Az-a verilən məlumata görə, Stiv Solvetlə 2 illik müqavilə imzalanıb.
Mərkəz müdafiəçisi karyerası ərzində Fransanın "Strasburq B" (2014-2018), "Dijon B" (2018-2019), "Berjerak" (2019-2020), "Set" (2020-2022), "Orlean" (2022-2024) və "Martiq" (2024-2025) klublarının formasını geyinib.
Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.