EN

“Sabah” millinin üzvü ilə gücləndi

“Sabah” klubu heyətini Qvadelupa yığmasının futbolçusu Stiv Solvetlə gücləndirib.

Bu barədə 90deqiqe.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

"Bayquşlar" onunla 2 illik müqavilə bağlayıb.

O, karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.

Chosen
26
32
90deqiqe.az

10Sources