“Napoli” qapıçı Aleks Meretlə müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
28 yaşlı qolkiperlə müqavilənin müddəti 2027-ci ilin iyununa qədərdir.
Meret Neapol klubunda 8 dekabr 2018-ci ildə debüt edib. O, ümumilikdə klubun heyətində 212 oyun keçirib.