EN

Qusarda Azərbaycan və Pakistan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb

Qusar rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qəzası baş verib.
 Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

 
 

Chosen
13
19
7news.az

10Sources