EN

Partlayış: Kinostudiya fəaliyyətini davam etdirir?

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası dünənki patlayışdan sonra hazırda gündəlik fəaliyyətlərini davam etdirdikləri ilə bağlı məlumat yayıb.

Sitat.info xəbər verir ki, bu barədə kinostudiyadan bildirilib.

Məlumata görə, hadisə uzun müddət istifadə olunmayan anbarda baş verib:

“Azərbaycanfilm” kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur”.

Həmçinin vurğulanıb ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir:

“Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin “Molla Nəsrəddin – çətin günlərimin dostu” filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur”.

Xatırladaq ki, dünən gecə saatlarında kinostudiyanın pirotexnika anbarında partlayış olub.

Chosen
38
13
sitat.info

10Sources