EN

Kinostudiyadakı partlayış zamanı rekvizit sexi də yanıb? - AÇIQLAMA+ÖZƏL

"Otaqların heç birinə bir ziyan dəyməyib. Yalnız pirotexnik otağında partlayış olub. Nə geyim, nə də rekvizit sexinə ziyan dəyib. Pirotexniki otaq xoşbəxtlikdən kənar yerdədir, çox uzaqlıqdadır. Onun ətrafında heç bir tikili yoxdur. Ətrafında müdafiə bəndləri var. O vaxtdan necə qurulubsa, elə də qalıb".

Bunu Moderator.az-a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının rekvizit sexinin rəhbəri işləmiş Əziz Məmmədov deyib.

O, daha sonra əlavə edib:

"Orada pirotexniki vasitələr adətən filmlərdə istifadə edilən tüstülərdir. Həmin pirotexniki vasitələri Müdafiə Sənayesi Nazirliyindən alırlar. Orada artıq köhnə nələrsə yoxdur. Bütün avadanlıqlar yenidir. 6 aydır ki, mən pensiyaya çıxmışam. Amma mən pensiyaya çıxmazdan öncə orada təxminən 3 minə yaxın geyim, ondan bir az da rekvizit var idi. Həmin geyimlər çəkilişdən dərhal sonra yuyulur və orada asılır. Yuyulmayan təkcə paltolardır ki, onlar da xüsusi şəkildə təmizlənir". deyə Əziz Məmmədov deyib.

Chosen
20
moderator.az

1Sources