Gədəbəydə qəza olub, xəsarət alan var.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015 " ilə digər minik maşını toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov