ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya prezidenti Putin Ukrayna ilə danışıqların üçüncü mərhələsini İstanbulda keçirməyə hazır olduqlarını, lakin tərəflərin təqdim etdiyi memorandumların bir-birinə zidd olduğunu bildirib.Turkustan.az xəbər verir ki, Putinin bəyanatlarından diqqət çəkən məqamlar belədir:"Biz Ukraynaya daha 3 min əsgərin cəsədini çatdırmağa hazırıq. Bununla belə, memorandumlar ziddiyyətlidir. Biz üçüncü raundda bunu müzakirə etməyə hazırıq.NATO-nun müdafiə büdcəsinin artırılması Rusiyanın mövcud olmayan təcavüzünə əsaslanır. Rusiya hərbi xərclər büdcəsində çətinliklərin öhdəsindən gəlməyə çalışır. Biz müdafiə xərclərimizi azaldacağıq"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.