Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar Ermənistanın ərazi idarəetmə naziri David Xudatyanla görüşüb.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Bayraqdar özünün sosial media platformasında məlumat yayıb.
Bildirilib ki, İstanbulda keçirilən görüşdə Türkiyə ilə Ermənistan arasında enerji sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.