"Real Madrid"in müdafiəçisi David Alaba yenə sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, avstriyalı futbolçu 1 ay meydanlardan uzaq qalacaq. O, zədəsini yenicə sağaltmışdı.
Alaba son 2 mövsümdə zədələrə görə cəmi 31 oyunda meydanda ola bilib.
Təcrübəli futbolçu 2021-ci ildən "Real Madrid"də çıxış edir. Onun "kral klubu" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.