EN

İsrail Baş Prokurorluğu Netanyahunun ifadə verməsini təxirə salmaqdan imtina edib

İsrail Baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə dinləmələr çərçivəsində ifadə verməsinin iki həftəlik təxirə salınması barədə müraciəti rədd edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı İsrailin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Benyamin Netanyahunun ifadə verməsinin təxirə salınması üçün göstərdiyi səbəblər qaneedici deyil.

Qeyd edək ki, İsrail Baş nazirinin korrupsiya məsələsi ilə bağlı məhkəmə prosesinə iyunun 30-da yenidən başlanılacaq.

Chosen
28
28
nocomment.az

10Sources