ABŞ Kanada ilə ticarət sahəsində əməkdaşlığa dair bütün müzakirələri dayandırır.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"dakı hesabında yazıb.
O həmçinin, ölkəsinin Kanadaya yeni idxal rüsumları tətbiq edəcəyini də bəyan edib.
ABŞ-ın dövlət başçısı vurğulayıb ki, ABŞ ilə ticarət sahəsində çətinliklər yaşayan və ABŞ-dan idxal olunan süd məhsullarına 400 faizlik rüsum tətbiq edən Kanada bu dəfə ABŞ-a məxsus şirkətlərin göstərdiyi rəqəmsal xidmətlərə də analoji qaydanın müəyyənləşdirilməsi barədə qərar qəbul edib.