EN

Hitrou hava limanı gəlir proqnozunu 5 milyard dollara yaxın artırıb

Britaniyanın ən böyük və Avropanın bir o qədər işlək hava limanı olan Hitrou illik gəlir proqnozunu artırıb. SİA “Reuters” agentliyinə istinadla xəbər verir ki, Hitrou 2025-ci ildə 3,61 milyard funt sterlinq (təxminən 4,96 milyard ABŞ dolları) gəlir əldə etməyi planlaşdırır. Bu, təxminən 3 faizlik artımdır. Bildirilib ki, buna səbəb uzaq məsafəli uçuşlara olan yüksək tələbat və istirahət məqsədli səyahətlərin artmasıdır. Həmçinin, inflyasiyanın və gündəlik xərclərin azalması səyahət tələbatının bərpasına təkan verib.

Şirkət gələcəkdə sərnişin sayının artacağı, eləcə də birbaşa reyslərin sayının çoxalması ilə əlavə tələbatın yaranacağını gözləyir.

Chosen
10
4
sia.az

6Sources