5 ay əvvəl Samuxda Kürdə batan şəxsin meyiti tapılıb.
Avtosfer.az xəbər verir ki, rayonun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə bu illin fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində qeydə alınıb. Samux rayonun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman Kürdə batıblar. Hadisədən sonra M.İsmayılovun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.