EN

Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiytdır - AÇIQLAMA

Bakı. Trend:

Bir sıra xarici ölkələrə səfər zamanı viza tələb olunur. Vizalartələblərə uyğun olaraq səfirlik və konsulluq şöbəsindən, yaxudsəfirliklərin əməkdaşlıq etdiyi ixtisaslaşmış şirkətlərdən əldəedilir.

Bu barədə Trend-ə açıqlamasında turizm üzrə ekspert CəfərQarayev deyib.

O qeyd edib ki, bu şirkətlər turizm şirkətləri deyil:

“Həmin şirkətlər beynəlxalq. yaxud yerli viza üzrəixtisaslaşıblar. Viza əldə etmək üçün turistlər tərəfindən həminölkələrin əməkdaşlıq etdiyi şirkətlərlə görüş günü təyin edilir,zəruri sənədlər hazırlanır və təqdim olunur. Daha sonra bu sənədlərtoplanaraq səfirliyə göndərilir”.

“Tövsiyə edərdik ki, vətəndaşlar etibarlı turizm şirkətlərinəmüraciət etsinlər ki, onlar sənədləri birbaşa toplasınlar və görüşgötürsünlər. Görüşdə vətəndaş yığılmış sənədlər paketi ilə birlikdəşirkətə yaxınlaşaraq təqdim etsin".

Ekspert sosial şəbəkələrdə yayılan reklamlara çox da inanmamağıtövsiyə edib:

“Sosial şəbəkələrdə tanınan, tanınmayan, rəsmi və qeyri-rəsmifəaliyyət göstərən hər kəs xidmətlərini reklam edir. Ona görə dəməsləhət və tövsiyədir ki, Azərbaycan Turizm AgentlikləriAssosiasiyasının üzvü olan şirkətlərə müraciət etsinlər. Həminşirkətlərin əməkdaşlarının göstərdiyi xidmət nəticəsindəvətəndaşlarımız imtinalar almaz, yaxud aldanmazlar”, - C.Qarayevqeyd edib.

Turizm eksperti Nizami Həsənov isə Trend-ə açıqlamasında qeyd edib ki, bu məsələilə bağlı ciddi problemlər yaşanır:

“Belə hallar bir çoxumuzun qarşısına çıxır. Viza dələduzları,adətən, sosial şəbəkələr vasitəsilə müxtəlif cəlbedici reklamlarla,manevrlərlə vətəndaşlarımızı qarantiyalı viza ilə əlaqədaraldadırlar. Hansısa bir şirkət iş, turist, təhsil vizası ilə bağlıqarantiya verirsə, bu cəfəngiyyatdır, yalan üzərində qurulanvədlərdir. Biz uzun illərdir bu sahədə çalışırıq. Mən bu sahədəçalışdığım 17 ildə belə hallarla çox rastlaşmışam. Hər kəsbilməlidir ki, viza qarantiya ilə olmur. Heç kim Səfirliyin yerinəqarant dura bilməz. Diplomatik korpusların fəaliyyətinə aid olanməsələlərdə heç bir şirkət bunu əminliklə deyə bilməz”.

“Bu gün statistik məlumatlara nəzər salsaq, ən çoxfırıldaqçılığa turizmin bu sahəsində rast gəlinir. Belə hallarınsayı həddən artıq çoxdur. Vətəndaşlarımızı ayıq-sayıq olmağaçağırırıq. Belə hallarla rastlaşmamaq üçün hansısa vədvericireklamlara inanmamağa səsləyirik. Vətəndaşlar mütləq şəkildəəvvəlcədən şirkətin ofislərinə baxış keçirməli, hüquqi sənədlərinitələb etməlidirlər”, - N.Həsənov deyib.

Məqalədə:
Chosen
326
16
az.trend.az

10Sources