Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb.
DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43 568 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.