Astroloqlar xəbərdarlıq edirlər - bu həftəsonu bəzi bürclərin həyatında gözlənilməz dəyişikliklər yaşana bilər. Ətraflarından gələn bir neçə cümlə, sadə görünən bir söhbət, daxillərində illərlə susan bir gücü oyada bilər.
Ölkə.az xəbər verir ki, bu dönüş nöqtəsi bu bürcləri əhatə edəcək:
Əqrəb
Hisslərinin dərinliyinə enən Əqrəblər üçün qarşıdakı günlər emosional partlayışla yadda qala bilər. Bir insanın söylədiyi bir cümlə onlarda həm keçmişlə bağlı aydınlanma, həm də gələcəklə bağlı yeni qərar yaratacaq.
Dolça
Gözləmədikləri anda eşidəcəkləri bir söz, Dolçaların düşüncə tərzini silkələyəcək. Yeni bir fikir, bir təklif və ya bir açıqlama onlara "niyə olmasın?" dedizdirə bilər. İrəliləyiş üçün ilk addımı bu həftəsonu ata bilərlər.
Buğa
Ən inadkar bürclərdən biri olan Buğalar, bu dəfə ürəklərinə toxunan sözlərlə yumşalacaqlar. Kimsənin təsir edə bilmədiyi qərarlarını belə dəyişməyə meyilli ola bilərlər. Hiss etdikləri dəyər və sevgi, istiqamətlərini dəyişdirəcək.
Balıqlar
Balıqlar üçün bu həftəsonu dərin mənəvi oyanış zamanıdır. Qulaqlarına çatan bir cümlə, çoxdan axtardıqları cavab olacaq. Daxili səs, ilham və həqiqət birləşərək, yeni bir başlanğıcın qapısını açacaq.