EN

Tramp: “İrana 30 milyard dollar ayrılması xəbəri saxtadır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp mediada yayılan İrana 30 milyard dollar ayrılması ilə bağlı iddiaları təkzib edib. Onun sözlərinə görə, administrasiyasının İranın mülki məqsədli nüvə proqramı üçün belə bir maliyyə ayırması heç vaxt gündəmdə olmayıb.

"Saxta xəbər mənbələri yazır ki, guya Prezident Tramp İrana mülki nüvə obyektləri inşa etməsi üçün 30 milyard dollar vermək istəyir. Mən belə gülünc bir ideya haqqında heç vaxt eşitməmişəm. Bu, saxta xəbərlərin növbəti YALANIDIR. Bu insanlar AĞILDAN ƏLACI DIR!" - deyə Tramp sosial şəbəkə hesabında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
50
olaylar.az

10Sources