EN

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Chosen
5
49
olke.az

10Sources