EN

Mikayel Ajapaxyan cəzaçəkmə müəssisəinə köçürülüb

Tbilisi, 28 iyun, AZƏRTAC

Ermənistan Şəhər Məhkəməsinin qərarı ilə Şirak yeparxiyasının arxiyepiskopu Mikayel Ajapaxyan iki ay müddətində azadlıqdan məhrum edilib.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri artıq cəzaçəkmə müəssisəsinə köçürülüb.

Xatırladaq ki, Mikayel Ajapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar) ilə cinayət işi açılıb.

Erməni politoloqların fikrincə hökumətlə kilsə arasında yaranmış gərginlik və mübahisə bununla başa çatmayacaq. Nikol Paşinyan dayanmayacaq, kilsəyə qarşı başladığı kampaniyanı sona qədər aparacaq.

Bildirilir ki, Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, ermənilərin bütün katolikosu könüllü vəzifəsini tərk etməsə o da, həbs olunacaq.

Məlumata görə, arxiyepiskop Mikayel Ajapaxyanın həbsi din xadimləri arasında sonuncu olmayacaq, yaxın gələcəkdə geniş miqyasda davam edəcəkdir. N.Paşinyan geri çəkilməyəcək. Onun məqsədi nəyin bahasına olur-olsun II Qaregini Ali Patriarxlıqdan uzaqlaşdırmaqdır. Paşinyan öz komandasına II Qareginin vəzifədən uzaqlaşdırılması planının artıq yekunlaşmaq üzrə olduğunu bildirib.

Müvafiq olaraq, əvvəlcə katolikosun yaxın ətrafındakı din adamlarını həbs edəcəklər. Paşinyanın ssenarisinə görə, bundan sonra II Qaregin könüllü olaraq gedəcək, əks halda, o da həbs ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
13
5
azertag.az

6Sources