EN

"Zirə"nin "Hayduk" ilə matçlarının başlama saatı müəyyənləşib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq “Zirə”nin oyunlarının başlama saatı bəlli olub.

İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq.

Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Chosen
29
8
cbcsport.az

10Sources