EN

Şabranda zəncirvari qəza: Ölən var- FOTO

Şabranda ölümlə nəticələnən zəncirvari qəza olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "VAZ-Niva", "KamAz" və "Mercedes-Atego" markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində 1 nəfər ölüb, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır. 

 

FOTO QALEREYA
Chosen
12
3
avtosfer.az

5Sources