EN

İcardi ilə Nara arasında gərginlik: 10 saat...

Galatasaray-ın ulduz futbolçusu Mauro İcardi ilə keçmiş həyat yoldaşı Wanda Nara arasında qalmaqal yenidən gündəmə gəlib.

YeniSabah.az xəbər verir ki, məhkəmə qərarına əsasən, Mauro İcardi qızlarını almaq üçün Wanda Naranın evinə gedib. Lakin Wanda uşaqları verməkdən imtina edib və qapını açmayıb.

Hadisə yerinə polis və səlahiyyətli nümayəndələr gəlsə də, Wanda qərarını dəyişməyib. Mauro İcardi isə qapıda tam 10 saat gözləyib. Uzun gözləyişdən sonra futbolçu qızlarını götürə bilib.

Qeyd edək ki, bu hadisə Argentina mətbuatında geniş müzakirə olunub və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Rəvan Rzazadə


Telegram kanalımız
Chosen
13
yenisabah.az

1Sources