EN

Qusardakı ağır qəzada xəsarət alanların SON DURUMU açıqlandı

Qusarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 27-də Qusar rayonu əraizində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərdən (hər biri kişi cinsli) 2003-cü il təvəllüdlü şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

"2004-cü il təvəllüdlü 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 2002-ci il təvəllüdlü şəxs Kliniki Tibbi Mərkəzə təxliyə edilib. 2007-ci il təvəllüdlü şəxsin isə iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, dünən Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarına aşıb. Hadisə nəticəsində 5 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı xəsarət alıb.(oxu.az)

Chosen
9
1
avtosfer.az

2Sources