EN

Elektromobillər üçün üçpilləli sürət qutusu layihələndirildi

Stellantis qrupu bu günlərdə ABŞ-də elektromobillər üçün üçpilləli sürət qutusu üçün patent alıb. 

Avtosfer.az xəbər verir ki, istehsalçı dövlət qurumlarına ötən il müraciət etsə də, cavab bu həftə verilib. Digər markalarda olduğu kimi bu dəfə də belə bir qurğunun lazımlılığı müzakirə mövzusu olub. Axı dünyanın əksər elektromobillərində cəmi 1 ötürmə və sadə diferensial mexanizm var. Bu da əksər hallarda kifayət edir.

Bəzi lüks modellərdə 2 və ya 3 ötürmədən istifadə 100 km/saatdan yuxarı sürətdə daha optimal elektrik sərfinə imkan verir. Yüksək keçidli elektromobillərdə isə aşağı ötürmə sərt eniş və yoxuşlarda tormozlama üçün əvəzsizdir (bunu Nivanın diferensialı bloklanmış halda 1-ci ötürməsi ilə müqayisə etmək mümkündür). Bu ötürmə həm də yolsuzluq şəraitində əlverişlidir.

Vüqar

Chosen
26
1
avtosfer.az

2Sources