EN

Ermənistanda dini-siyasi savaş alovlanır:  Qərb niyə susur?

“Ermənistanda hakimiyyət və dini, o cümlədən siyasi qüvvələr arasında qarşıdurma müxtəlif mərhələlərdən keçibdir və hazırda kifayət qədər gərgin fazaya daxil olub. Onun dərindən təhlilini apardıqda görürük ki, burada bir neçə amil mühüm rol oynayır. İlk növbədə Ermənistanın ənənəvi geosiyasi orbitini dəyişməyə çalışır, xüsusilə də Rusiya ilə ənənəvi tarixi münasibətləri Qərb mərkəzli əlaqələrlə əvəzləmək istəyir. Bu isə öz özlüyündə tarixən həmin dövlətə bağlı olan dairələri ayağa qaldırır və hakimiyyətin üzərinə yönəldilməsi üçün maliyyə, təlimat, siyasi, informativ və sair kimi dəstəklər də verilir”.
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
Onun sözlərinə görə, Ermənistanda  katalikosluq institutunun ənənəvi mövqelərinə zərbə vurulur, dövlətin din üzərindən klerikal modeldə mövcudluğuna son qoyulur. Bununla da dini dairələrin hakimiyyətdən tamamilə uzaqlaşdırılması və onların ölkə üzərindəki nüfuzunun zəiflədilməsi istiqamətində sistemli addımlar atılır:
“Düşünürəm ki, burada, xüsusilə də Qərb dövlətlərinin davranışları daha ciddi bir şəkildə təhlil edilməlidir. Ona görə ki, burada Azərbaycan, Gürcüstan və digər ölkələrdən fərqli olaraq verilən reaksiyaların səbəbləri birinci növbədə ona bağlıdır ki, Paşinyanı öndə tutaraq qərbyönümlü siyasətində müdafiə etməyə çalışaraq istəyirlər ki, qafqazlarda Qərbin mənafelərini daim irəliyə aparsınlar. Xüsusilə İkinci Qarabağ savaşında bölgənin geosiyasətində kəskin dəyişikliyə səbəb olubdur, çünki Qərbin manafeyi sıxışdırılıb çıxardılıbdır.  Qərb Gürcüstan Saakaşvili dönəmindəki kursdan geri durduğuna görə ona, xüsusilə də son seçkilərdən ötən dövr ərzində kəskin həm maliyyə sanksiyalarını tətbiq etmək, iqtisadi əlaqələrini durdurmaq, o cümlədən hüquqi mənada Gürcüstan hakimiyyətini ciddi bir təzyiq altında saxlayırlar. 
O cümlədən Azərbaycanla bağlı belə məsələlər olardısa, şübhəsiz, ağıla gətirmək çətindir ki,  dini mərkəzlərin rəhbərlərinə yönəlik bu addımlar atılsın. Hər hansı bir dini etiqad adı altında müxtəlif xarici ölkələrin kəşfiyyat dairələrinə xidmət edən qüvvələrlə bağlı Azərbaycan dövləti, onun hüquq mühafizə orqanları addımlar atdıqda, sistemli olaraq Azərbaycan əleyhinə, Avropa Parlamentində, Avropa Şurasında, o cümlədən onların inhisarında olan beynəlxalq mediada müxtəlif fikirlər səsləndirilir. Ona görə də Ermənistandakı vəziyyətə onların dırnaqarası belə dözümlü yanaşmasının səbəbi birinci Rusiya amilidir.Əgər onlar təzyiq göstərərlərsə, Paşinyanın nüfuzu  qalmaz, təzədən Rusiya mövqeyinə qayıdar. Və yaxud da ki, Rusiya yönümlü qüvvələr qalib gələrsə, bu, Qərbin mənafelərinə zərbə olar. İkinci Azərbaycan amili ilə bağlıdır ki, onlar bilirlər ki, bu halda Paşinyanın mövqeyi daha da zəifləyər. Azərbaycan onsuz da müharibədə qalib gəlibdir, regionun siyasətini diktə eləyir və  İrəvan üzərində Bakının böyük hakimiyyəti mövcuddur və buna sanki təsir göstərərlər,  Paşinyanın əlini zəiflətmiş olarlar”.
Millər vəkili vurğulayıb ki, üçüncü amil dinlə bağlıdır. Onlar düşünürlər ki, Amerika və Qərb dairələri ilə müəyyən dini əlaqələr olsa da, ictimai aksiyaları və kampaniyaları həyata keçirən qüvvələr əsasən Kremlin və onun ətrafındakı dairələrin təsiri altındadır. Buna görə də siyasi hakimiyyət Paşinyanı sıxmaq mövqeyindən geri çəkilir və onu müəyyən mənada himayə edir:
“Qərbin mövqeləri, insan haqları, demokratiya məsələləri deyil, hansı ki, Paşinyanı dəfələrlə demokratiya sammitlərinə qoşurlar onu bu bölgənin guya demokratiya adası kimi qələmə verirlər. Zamanında Saakaşvilinin üzərinə qoyduqları missiyanı sanki indi bu günləri İrəvan hakimiyyətinin üzərinə yönəldiblər və mahiyyət etibarilə bu bölgədə Qərbin mənafeləri uğrunda mübarizədir. Ermənistan maksimum dərəcədə  hazırda Qərbdən maliyyə və siyasi dəstəyi qoruyub saxlamağa çalışır. Ona görə də Rusiya yönümlü, hətta parlament üzvlərinin həbsi və digər addımların atılması hər hansı bir sanksiyalara səbəb olmur. Çünki faktiki olaraq Paşinyanın hakim rol oynayan dairələr yaxşı bilirlər ki, onların münasibətləri həmişə siyasi, öz mənafeləri uğrunda mübarizə olubdur. Azərbaycan faktiki olaraq Qərbin diktəsi ilə durub oturmur. Hökuməti hakimiyyəti onların sifarişi ilə formalaşdırmır. Məsələn, Ukrayna kimi. Ona görə də bax belə bir vəziyyətlə qarşılaşırıq”.
 
Mehin Mehmanqızı
Chosen
38
moderator.az

1Sources