EN

Tramp: "İran ABŞ hücumlarından əvvəldən xəbərdar ola bilməzdi"

“İran Amerika hərbçilərinin hücumlarından əvvəldən xəbərdar ola bilməyib”.

 

Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar əvvəlcədən bundan xəbər tutmadılar, çünki bizim birbaşa həmin an hücuma keçəcəyimizi bilmirdilər”, – deyə Tramp qeyd edib.

 

Prezident həmçinin qeyd edib ki, Tehran Fordo nüvə obyektindən heç bir uran ehtiyatı ixrac etməyib. Onun sözlərinə görə, belə bir əməliyyat son dərəcə çətin və təhlükəli olardı. Xatırladaq ki, iyunun 26-da ABŞ Silahlı Qüvvələrinin hər birində altı ədəd GBU-57 bunker bombasından istifadə etməklə İranın Fordodakı nüvə obyektinin iki əsas havalandırma şaxtasına hücum etdiyi bildirilir.

 

Fidan Hacızadə

Sfera.az

Chosen
22
50
sfera.az

10Sources