BAKI, 28 iyun. TELEQRAF
Kazanda Tatarıstanın baş nazirinin keçmiş köməkçisi İlgiz Latipov həbs edilib.
Teleqraf Rusiya mətbutına istinadən xəbər verir ki, sabiq məmur rüşvətxorluqda ittiham olunub.
O, şübhəli şəxs qismində avqustun 25-də saxlanılmışdı.
Məhkəmədə təqaüdçü və işsiz olduğunu bildirən Latipov ev dustaqlığına buraxılmasını istəyib.
Məhkəmə onun vəsatətini qəbul etməyib.