Demokrat.az xəbər verir ki, Sosial media platforması "X" üzərindən yayımlanan açıqlamada qeyd olunub:
"Diqqət! Qar siqnalı! Bazar gecəsi və bazar ertəsi səhəri Şərqi Qaradəniz və Şərqi Anadolu yaylalarında intensiv qar yağışı proqnozlaşdırırıq".
Meteoroloji xəbərdarlıqlardan sonra Rize bölgəsində qar güclənib. Xüsusilə Ardeşen rayonuna bağlı olan Balıklı Yaylasında qar qalınlığı bəzi yerlərdə 5 metri keçib. Bu səbəbdən İl Xüsusi İdarəsinin əməkdaşları, yaylalara köç edəcək kəndlilərin çətinlik yaşamaması üçün yolların təmizlənməsi istiqamətində təcili işlərə başlayıblar.
Qeyd olunur ki, dəniz səviyyəsindən 2 400 metr yüksəklikdə yerləşən bölgədə, həm qışdan qalan qar, həm də çovğunun təsiri ilə yollar tamamilə bağlanıb. İşçi qrupları ağır texnikalar vasitəsilə qar kütlələrini təmizləməyə çalışırlar.
Texnika operatoru Osman Dedecan bildirib: "İşlər çox gərgin keçir. Yüksək ərazilərdə çovğun səbəbindən qar qalınlığı çox yüksəkdir."
10Sources
-
lent.azİyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar FOTOLENT ( 18977395)
-
7news.azTürkiyəyə qar yağıb - Video ( 18975589)
-
ekologiya.azYay fəslində qış sürprizi: Türkiyəyə güclü qar yağdı ( 18975295)
-
bizim.mediaTürkiyəyə qar yağıb – VİDEO ( 18975298)
-
cebheinfo.azTürkiyəyə qar yağıb - VİDEO ( 18975169)
-
anews.azTürkiyəyə qar yağıb - Video ( 18975163)
-
moderator.azQəribə hadisə - Güclü qar yağdı ( 18974995)
-
hurriyyet.azTürkiyəyə qar yağıb - Video ( 18974677)
-
news365.azTürkiyəyə qar yağıb - VİDEO ( 18974668)
-
qafqazinfo.azTürkiyəyə qar yağıb - Video ( 18973636)