EN

Poqbanın yeni komandası

“Monako” Pol Poqba ilə müqavilə imzalayıb.

Sitat.info.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

32 yaşlı yarımmüdafiəçi ilə bağlanan sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Poqba daha əvvəl “Mançester Yunayted” və “Yuventus”da çıxış edib. O, Avropa Liqasının qalibi, İtaliya çempionatının 4 qat qalibi, İtaliya Kubokunu 2 dəfə, İtaliya Superkubokunu isə 3 dəfə qazanıb. Fransa millisində 2018-ci ildə dünya çempionu, Millətlər Liqasının qalibi və Avropa çempionatının vitse-çempionu olub.

 

Chosen
2
3
sitat.info

4Sources