Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb. 

Offsideplus.az xəbər verir ki. Azərbaycan milli komandası fərdi yarışları 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb. 

Yığmamızın heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc medal əldə ediblər.

Bu nəticə sayəsində Azərbaycan yığması medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub.

İkinci yerə görə təqdim olunan mükafatı yeniyetmə oğlanlardan ibarət milli komandamızın məşqçisi Nicat Şıxəlizadə qəbul edib.