“Kəpəz” daha üç futbolçu ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı futbolçular Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeydanın klub ilə müddəti başa çatan müqaviləsi uzadılmayıb.
“Pana” ləqəbli Almeyda çempionatda “Kəpəz” forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi olan Verdaşka 27, Santos isə 31 matçda komandamızın şərəfini qoruyub.
“Kəpəz” daha əvvəl Yeqor Xvalko, Trent Buhagiar, Rati Ardazişvili və Kərim Lkoça ilə yollarını ayırıb.