EN

Azərbaycanlı güləşçi Türkiyədə çempion oldu

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

Fanat.Az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start götürüb.

Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn Azərbaycan yığmasının üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.

Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.

Chosen
21
44
fanat.az

10Sources