EN

Makron və Zelenski "Renault" şirkətinin Ukraynada PUA istehsalı imkanlarını müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makron NATO-nun Haaqadakı sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə "Renault" konserninin Ukraynada pilotsuz uçuş aparatları istehsal etməsi imkanlarını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "LCI" telekanalına açıqlamasında bildirib.

“Bir neçə gün əvvəl müdafiə naziri Sebastyen Lekornu "Renault" ilə birgə Ukraynada PUA istehsalına dair layihə barədə məlumat vermişdi. Prezident Makron da bu məsələni Zelenski ilə sammit zamanı müzakirə edib”, – deyə Barro vurğulayıb.

Nazirin sözlərinə görə, Fransa üçün Ukraynanın müdafiə sənayesinin inkişafına dəstək vermək olduqca vacibdir.

Chosen
14
2
apa.az

6Sources