Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.
İdman.biz xəbər verir ki, sərbəst güləşçilərin yarışına start verilib.
Yığmamızın üzvlərindən Ali Tsokayev (86 kq) uğurlu çıxışı ilə yadda qalıb. Bütün rəqiblərinə qalib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.
Qeyd edək ki, komandamız yunan-Roma və qadın güləşi 6 medal qazanıb.
İdman.biz