ABŞ lideri Donald Trampın oğlu və Tramp Təşkilatının vitse-prezidenti Erik ölkədə keçiriləcək prezident seçkilərində namizəd ola biləcəyini etiraf edib.
Publika.az xəbər verir ki, o, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Erik qeyd edib ki, o və ya dövlət başçısının ailəsinin hər hansı digər üzvü siyasi sülalə qura bilər.
"Son on ildə yaşadığım təcrübəni övladlarımın da yaşamasını istərdimmi? Bilirsiniz, əgər cavab bəli olsaydı, məncə, siyasi yol asan olardı - o mənada ki, mən bunu edə bilərdim", - o etiraf etdi.
Bundan az əvvəl ABŞ Prezidenti Donald Trampın kiçik oğlu 2028-ci il seçkilərində iştirak edəcəyini istisna etməyib. O, müvafiq sualı cavablandıraraq bildirib ki, namizəd olub-olmayacağını dəqiq bilmir.