EN

Belqradda etirazçılar vətəndaş müharibəsinə çağırış edib – Parlament sədri

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda keçirilən etiraz aksiyası zamanıbəzi iştirakçılar vətəndaş müharibəsinə çağırış ediblər.

Trend xəbər verirki, bu barədə Serbiya parlamentinin sədri Ana Brnabiç “X” sosialşəbəkəsində paylaşım edib.

"Blokada iştirakçıları Vidovdanla bağlı mitinqi 'YaşasınSerbiya!' deyərək deyil, Serbiyanı öldürməyə yönəlmiş dəhşətli vəaçıq vətəndaş müharibəsinə çağırışla başa vurdular. Bunu yaddasaxla, Serbiya", - Brnabiç yazıb.

Daha əvvəl Belqradda etirazçılarla hüquq-mühafizə orqanlarıarasında toqquşmalar baş verib.

Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, müxalifətinicazəsiz keçirdiyi aksiyada təxminən 36 min nəfər iştirak edib.Etirazların səbəbləri və gedişatı ölkədə geniş ictimai və siyasirezonans doğurub.

Chosen
30
az.trend.az

1Sources