EN

Fransada “Telegram”da sifarişli qətl xidməti aşkar edilib

Bakı. Trend:

Fransada “Telegram” messencerində fəaliyyət göstərdiyi iddiaolunan “UberKills” adlı sifarişli qətl xidməti ortaya çıxıb.

Trend-in Le Mondeqəzetinə istinadla verdiyi məlumata görə, bu platforma vasitəsiləartıq ən azı bir qətlin törədildiyi ehtimal olunur. Belə ki,2024-cü ilin aprel ayında ölkənin şərqində yerləşən Vol-an-Velenşəhərində narkotik alverçisi Abdel Hakim B. başından güllələnərəkqətlə yetirilib.

Bundan əlavə, Fransada “UberShit” adı ilə fəaliyyət göstərən,qida çatdırılması görüntüsü altında narkotik daşıyan bir xidmətində mövcud olduğu bildirilir. Lion polisi bu halları “cinayətinuberizasiyası” kimi qiymətləndirib — yəni cinayətkar fəaliyyətlərinrəqəmsal platformalar vasitəsilə sifarişlə həyata keçirilməsitendensiyası.

Fransada bu cür qanunsuz rəqəmsal xidmətlərin artması ciddinarahatlıq doğurur. Xatırladaq ki, ölkədə daha əvvəl də təhlükəlihadisələr baş verib — o cümlədən küçə musiqisi festivalında 145yeniyetməyə içərisində naməlum maddə olan şprislərin vurulmasıfaktı qeydə alınıb, bir neçə şəxs xəstəxanaya yerləşdirilib.

Chosen
49
1
az.trend.az

2Sources