EN

Bolqarıstanda avronun tətbiqinə qarşı kütləvi etirazlar keçirilir

Bakı. Trend:

Bolqarıstanda vahid Avropa valyutası – avronun tətbiqinə qarşıSofiya da daxil olmaqla bir sıra şəhərlərdə genişmiqyaslı etirazaksiyaları keçirilir.

Trend-inməlumatına görə, paytaxt Sofiyanın mərkəzində nəqliyyatınhərəkətinə mane olan nümayişləri “Solçuların Qorunması” vətəndaşkomitəsi və millətçi “Dirçəliş” partiyası təşkil edib.

“Dirçəliş” partiyasının lideri Kostadin Kostadinov jurnalistlərəaçıqlamasında bildirib:
“Avrozonanı məhv etmək üçün lazım olan hər şeyi edəcəyik. Xaricivalyutanı bizə zorla qəbul etdirən maliyyə sistemi tərəfindən idarəolunuruq. Bu, Bolqarıstanın suverenliyinə birbaşa təhdiddir.”

O əlavə edib ki, avronun tətbiqi ilə Bolqarıstan millivalyutasını itirəcək, ölkənin büdcəsi isə Avropa Mərkəzi Bankıtərəfindən təsdiqlənəcək. Kostadinov baş verənləri “dövlətçevrilişi” adlandırıb və vətəndaşların referendum hüquqununpozulduğunu qeyd edərək, “xalqın səsi eşidilmədiyi üçün etirazetməyə məcburuq” deyib.

Etirazların Sofiyada iyulun 8-dək davam edəcəyi və şəhərmərkəzinin çadır şəhərciyi ilə bloklanacağı gözlənilir. Aksiya iləbağlı paytaxt meriyası ilə razılıq əldə olunmayıb.

Bənzər kütləvi aksiyalar Bolqarıstanın digər böyük şəhərlərində– Varna, Plovdiv, Blaqoyevqrad və digər bölgələrdə dəkeçirilməkdədir. Etirazçılar Avrozonaya keçidin ölkə iqtisadiyyatıvə suverenliyi üçün ciddi nəticələr doğuracağından narahatolduqlarını bildirirlər.

Chosen
255
6
az.trend.az

4Sources