EN

Trampın oğlu asanlıqla ABŞ prezidenti olacağını düşünür

BAKI, 29 iyun. TELEQRAF

ABŞ prezidentinin oğlu Erik Tramp asanlıqla ölkə prezidenti postuna namizəd ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Erik Tramp “Financial Times” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ailəsinin digər üzvlərinin də ABŞ prezidentliyinə namizəd olması mümkündür.

O, həmçinin deyib ki, Donald Tramp ABŞ prezidentliyinə namizəd olmasaydı, Tramp ailəsi daha varlı olardı.

Erik Tramp bildirib ki, ailə 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı yalan iddialardan müdafiə üçün təxminən 500 milyon dollar xərcləyib.

Chosen
28
3
teleqraf.com

10Sources